2 il 4 ay həbs cəzası alan şəxs üzünə turşu tökdü

 08:52 02.05.2019     657
İngiltərədə saxtakarlıqda ittiham olunan müttəhim iki il dörd ay həbs cəzasına məhkum edildiyini öyrəndikdən sonra üzünə turşu töküb.
 
Redaktor.az Rusiya mediasına istinadən xəbər verir ki, İngiltərənin paytaxtı Londonda baş verən hadisədən sonra xəstəxanaya aparılan şəxsin vəziyyəti kritikdir.
 
Hadisə zamanı üzərinə turşu tökülən bir məhkəmə işçisi də müalicə altına alınıb. Kamera qeydlərində təqsirləndirilən şəxsin məhkəmə zalına girən zaman tərkibində turşu olan şüşədən bir qurtum içdiyi də görülüb.
 
Şahidlərin sözlərinə görə, təxminən 175 min dollar çek saxtakarlığı etdiyi üçün ittiham olunan adam  hakimin həbs qərarını açıqlamasından sonra səs-küy salaraq əlindəki şüşəni üzünə töküb. 
 
Ciddi sağlamlıq problemləri olduğu bildirilən adamın 2016-cı ildə də  polis tərəfindən nəzarətə alınarkən özünü boynundan bıçaqladığı vurğulanıb.
 
Rüfət Xəlil / Redaktor.az