GÖZLƏNİLƏN OLDU: Nəhəng asteroid YERƏ YAXINLAŞIR

 12:54 02.05.2019     738

2029-cu il aprelin 13-də Yer planetinin yaxınlığından nəhəng asteroid keçəcək.

Redaktor.az xəbər verir ki, bu barədə "Space.com"  portalı məlumat yayıb. Səma cisminin diametri 340 metrdir. Asteroid yerə 31 min kilometr məsafədən keçəcək. Araşdırmalara görə, asteroid hazırki istiqamət üzrə hərəkət edərsə, onun dünya ilə toqquşma ehtimalı yoxdur.

Lakin elm adamları asteroidin Yerin yaxınlığından keçəcəyi ərəfədə geniş araşdırmalar aparacaq. Məqsəd başqa asteroidlərin dünya ilə mümkün toqquşmasına qarşı tədbirlər planı hazırlamaqdır.

Anar Türkeş / Redaktor.az