Beləsi ilk dəfə GÖRÜLÜB: Gecə-gündüz növbə çəkirlər / VİDEO

 15:30 03.05.2019     1356

Türkiyənin Zonquldak vilayətindəki çaylarda hər il olduğu kimi bu il də balıqların kütləvi artım prosesi müşahidə olunur.

Redaktor.az yerli mənbələrə istinadən xəbər verir ki, çəki balıqlarının kürü buraxdığı dövrdə sakinlər çay sahillərində növbə çəkirlər. Məqsəd onların ovlanmasının qarşısını almaqdır. Məlumata görə, kürü tökmə vaxtı balıqlar sakinlərin sıx yaşadığı suyun isti olduğu ərazilərə axın edir.

Bu da, onların bəzi balıqçılar tərəfindən ovlanmasına səbəb olur. Yerli sakinlər bunun qarşısını almaq üçün gecə-gündüz çay sahillərinə növbə çəkirlər.

Qeyd edək ki, balıqların kürü tökmə zamanı ovlanması qadağandır. 

Anar Türkeş / Redaktor.az

 

Vumart və Güvən reklamı Vumart Güvən