Rusiyalı turistlər Bakını seçdi

 19:34 02.05.2019     429
“TurStat” analitik agentliyi mayın bayram günlərində rusiyalı turistlər arasında səyahət baxımından populyar olan MDB şəhərlərinin reytinqini hazırlayıb.
 
Redaktor.az Rusiya mediasına istinadən xəbər verir ki, may bayramlarında MDB ölkələrinə turistik səyahətlərin reytinqinə Azərbaycan, Belarus və Qazaxıstan başçılıq edir.
 
İlk onluğa Bakı, Minsk (Belarus), Nur-Sultan (Qazaxıstan), İrəvan (Ermənistan), Almatı (Qazaxıstan), Daşkənd (Özbəkistan), Bişkek (Qırğızıstan), Kişinyov (Moldova), Düşənbə (Tacikistan), Aşqabad (Türkmənistan) daxil edilib.
 
“TurStat”ın məlumatına görə, turistlər may ayında MDB şəhərlərinə 3-5 günlük səyahət edir və günə 60-120 dollara yaxın pul xərcləyir.
 
Qeyd edək ki, Rusiyada bayramlarla əlaqədar 1-5 may və 9-12 may tarixləri qeyri-iş günləri hesab olunur.
 
Rüfət Xəlil / REDAKTOR.AZ