Bu kənddə dedi-qodu edənlər cəzalandırılacaq

 20:04 02.05.2019     484
Filippinin paytaxtı Manilanın Binolonan qəsəbəsində başqalarının şəxsi və xüsusi məsələləri haqqında danışıb qeybət edənlər cərimə ediləcək.
 
Redaktor.az Rusiya mediasına istinadən xəbər verir ki, qəsəbədə dedi-qodu etmək artıq qanunsuz sayılır. Başqalarını müzakirə edənlərə məcburi dövlət xidməti və pul cəriməsi veriləcək.
 
Qəsəbənin bələdiyyə sədri qəsəbədə dedi-qoduya görə çox ciddi davalar çıxdığı üçün belə bir tədbir görüldüyünü söyləyib. Həmçinin bu üsulla qəsəbənin keyfiyyətinin artacağını bildirərək "Dedi-qodu edilməyən yer daha bərəkətlidir, çünki insanların başqaları haqqında mənfi danışmaq xaricində məşğul olacaq daha yaxşı işləri olduğuna inanıram" şəklində danışıb. 
 
Qanuna görə, dedi-qodu edərkən və ya başqaları haqqında yalan hekayələr yayarkən yaxalanan şəxslərə ilk olaraq 200 peso pul cəzası və üç saat zibil toplama cəzası veriləcək. İkinci dəfə edənlər isə 1000 peso pul cəzasına məhkum ediləcək və səkkiz saat ictimai xidməti göstərəcək.
 
Rüfət Xəlil / Redaktor.az