Evdə baş verənlər insanları dəhşətə gətirdi - Qonşular səsə gəldi / FOTOLAR
Türkiyənin Bursa şəhərində ailə münaqişəsi zəmnində baş verən mübahisə qarşıdurma ilə nəticələnib.
Redaktor.az yerli mənbələrə istinadən xəbər verir ki, həyat yoldaşından ayrılan İhsan adlı şəxs, uşaqlarını görmək üçün gecə saatlarında keçmiş evinə qayıdıb. Hadisə zamanı o sərxoş olub.
Bu səbəbdən qadın uşaqları keçmiş ərinə göstərməkdən imtina edib. Nəticədə tərəflər arasında mübahisə baş verib. Səsə gələn qonşular sərxoş şəxsə bıçaq zərbələri endiriblər. Xəstəxanaya yerləşdirilən yaralının səhhəti normaldır. Qarşıdurma zamanı daha bir nəfər xəsarət alıb.
Anar Türkeş / Redaktor.az
















