Dünyada ilk dəfə qanadcıqsız dron sınaqdan keçirildi

 20:11 03.05.2019     581
Böyük Britaniyanın Mançester Universitetinin və BAE Systems Plc müdafiə şirkətinin birgə bazasında aviasiya tarixində ilk dəfə olaraq qanadcıqsız manevr edə biləcək təyyarə hazırlanıb və sınaqdan keçirilib.
 
Redaktor.az Rusiya mediasına istinadən xəbər verir ki, “Magma” pilotsuz uçan aparat modeli yeni texnologiya ilə təchiz olunub. Bu texnologiya uçuş zamanı qanadcıq əvəzinə hava axınları ilə idarə olunmasına əsaslanır: hava axınları mühərrikin köməkliyi ilə səs sürətini üstələyən sürətlərdə qanadın arxa hissəsindəki məsamələrdən yönləndirilir.
 
Pilotsuz təyyarə dartıcı vektorun köməkliyi ilə manevr edə və işlənmiş qazın hesabına hərəkəti nizamlaya bilir.
 
Müdafiə şirkətinin əməkdaşı, bu texnologiyanın istismarının həm təhlükəsizlik baxımından etibarlı olduğunu, həm də az xərc tələb etdiyini qeyd edib.
 
Rüfət Xəlil / REDAKTOR.AZ
Vumart və Güvən reklamı Vumart Güvən