Bu şəhərdə benzin və dizellə işləyən maşınlar olmayacaq - Yenilik
Niderland krallığının paytaxtı Amsterdamda benzin və dizel yanacağı ilə işləyən maşınlara tam qadağa qoyulacaq.
Redaktor.az Rusiya mediasına istinadən xəbər verir ki, bu haqda qərarı Amsterdam şəhər bələdiyyəsi çıxarıb.
Xəbərdə qeyd olunur ki, bu proses 2030-cu ilə kimi mərhələlərlə həyata keçiriləcək. Şəhər rəhbərliyi benzin və dizel əvəzinə elektrik enerjisi ilə işləyən avtomobillərə keçidi təmin edəcək.
Rüfət Xəlil / Redaktor.az












