Ömrünün yarısından çoxunu oruc tutan şəxs: "Ac qalarkən..." - FOTOLAR
Türkiyənin Kocaeli vilayətində yaşayan 52 yaşlı Osman adlı şəxs 31 ildir hər gün oruc tutur.
Redaktor.az xəbər verir ki, o yalnız Qurban bayramında 4 gün normal qidalanır. Ac qalarkən bəzən çətinliklər yaşadığını etiraf edən türkiyəli bildirib ki, 31 il oruc tutmaq onun sağlamlığı üçün heç bir təhlükə törətməyib.
Onun sözlərinə görə, əvvəlcə ildə 3 ay oruc tutub. Fəsadın olmadığını görən Osman, hər gün buna riayət etməyə başlayıb. Türkiyəli bir dəfə də olsun səhhətindən şikayət etməyib.
Anar Türkeş / Redaktor.az














