Britaniya şahzadəsi ata oldu
Böyük Britaniya şahzadəsi Harri ata olub.
Redaktor.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə hersoqinya Meqan Markl və şahzadə Harri öz İnstaqram hesablarında məlumat veriblər.
Şahzadə Harri xəbəri jurnalistlərə təsdiqləyib və bildirib ki, cütlük hələ öz oğluna ad seçməyib.
Qeyd edək ki, Meqan Markl və şahzadə Harri 19 may 2018-ci il tarixində evləniblər.
Rüfət Xəlil / Redaktor.az












