2028-ci ildən gəldiyini dedi: ÖZÜ İLƏ GÖRÜN NƏ GƏTİRDİ - FOTOLAR
Sosial mediada gələcəkdən gəldiyini iddia edən şəxsin səsləndirdiyi fikirlər böyük maraqla qarşılanıb.
Redaktor.az xarici KİV-lərə istinadən xəbər verir ki, adını açıqlamayan şəxs 2028-ci ildən gəldiyini iddia edir. O, iddiasının həqiqət olduğunu göstərmək üçün bir neçə əşya təqdim edib.
Alnındakı parlaq cismə diqqət çəkən “zaman yolçusu”, onu “üçüncü gözü” kimi təqdim edib. O, bu göz vasitəsiylə gördüyünü deyib. Bundan əlavə, əlindəki cihazı nümayiş etdirən şəxs, həmin cihazdan 5000-ci ildə istifadə olunacağını qeyd edib. İddialara görə, bu cihazdan səhiyyə sahəsində xüsusiylə insan beyninin idarə olunmasında istifadə olunacaq.
Anar Türkeş / Redaktor.az
















