Məşhur filmin bəstəkarı vəfat etdi

 07:59 09.05.2019     1292

Məşhur rusiyalı bəstəkar Yevgeni Krılatov 85 yaşında vəfat edib.

Redaktor.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Krılatovun qızı  Mariya məlumat verib. 

Bəstəkarın ölümünə səbəb kəskin pnevmoniyadan əziyyət çəkməsi olub.

Qeyd edək ki, Krılatov müxtəlif sovet bədii və cizgi filmlərinin bəstəkarı olub. O, daha çox "Elektronikin macəraları" çoxseriyalı bədii filminə yazdığı mahnılarla tanınıb.

Rüfət Xəlil / Redaktor.az