50 dollarlıq valyuta üzərində səhv tapıldı - FOTO

 19:01 09.05.2019     1591

Avstraliyanın yeni 50 dollarlıq əskinazlarında hərf səhvinə yol verilib.

Redaktor.az BBC-yə istinadən xəbər verir ki, səhvə ölkənin ilk qadın deputatı Edit Koavanın pul üzərində həkk olunduğu sitatında rast gəlinib. “Responsibility"  sözündə “i” hərfi unudularaq, "responsibilty" kimi qeyd olunub. Maraqlıdır ki, səhv pullar dövriyyəyə buraxılandan 7 ay sonra fərq edilib. 

Hazırda dövriyyədə 46 milyon 50 dollarlıq valyuta var. Səhvə baxmayaraq, pul etibarlı sayılacaq.

Anar Türkeş / Redaktor.az

Vumart və Güvən reklamı Vumart Güvən