"Körpə kral xəstəxanadan çıxır" - Aparıcı şahzadənin oğlunu təhqir etdi
Sasseks hersoqinyası Meqan Markl və Britaniya şahzadəsi Harrinin övladları ilə bağlı paylaşım edən BBC Radio 5-in aparıcısı Denni Beyker qalmaqala səbəb olub.
Redaktor.az Rusiya mediasına istinadən xəbər verir ki, aparıcı kostyum geyindirilmiş meymun şəkli paylaşaraq "körpə kral xəstəxanadan çıxır" deyə, yazıb.
Beykrin bu paylaşımı sosial media istifadəçiləri arasında müzakirə mövzusuna çevrilib. Onlar fotonun Meqanın Afrika əsilli anasına işarə olduğunu qeyd edərək, Beykeri irqçilikdə günahlandırıblar.
Bir qədər sonra şəkili öz hesabından silən aparıcı, üzr də istəyib. Lakin BBC Radio 5 Beykerin işinə son verib.
Rüfət Xəlil / Redaktor.az












