Balıqçının həyatı BİR ANDA DƏYİŞDİ: Dənizə atdığı tordan... / FOTOLAR

 12:29 10.05.2019     7215

Türkiyənin Muğla əyalətində yerli balıqçının toruna şəffaf dəniz canlısı düşüb.

Redaktor.az yerli mənbələrə istinadən xəbər verir ki, həmin canlı 2014-cü ildə Yeni Zelandiyada kəşf edilən “salpa maxima”adlı canlının başqa növü olduğu güman edilir. Dəniz heyvanlarının kütləvi şəkildə bir-birini təqib edərək, üzdüyü diqqət çəkir.

Bu kəşfdən sonra Türkiyənin müvafiq qurumları araşdırmalara başlayıb. Əraziyə baxış zamanı həmin dəniz canlıları müşahidə edilib.

Balıqçının isə həyatı bir anda dəyişib, ona pul mükafatları verilib.

Anar Türkeş / Redaktor.az

 

2222222