Elektrikli avtomobil yolları sınaqdan keçirildi
Almaniyada elektrikli avtomobil yolu ilk dəfə sınaqdan keçirilib.
Redaktor.az xarici KİV-ə istinadən bildirir ki, elektrikli avtomobil texnologiyası başda ABŞ və Çin olmaqla bir çox ölkələrdə sürətlə inkişaf edir. Bu dəfə yeniliyi tətbiq edən ölkə Almaniya olub.
Almaniyanın Frankfrut şəhərində yük maşınları və ağır texnikanı idarə etmək üçün elektrikli avtomobil yolu istifadəyə verilib. “Siemens” şirkəti tərəfindən 2012-ci ildə təklif olunan layihə hələ ki test mərhələsindədir.
Sınaq mərhələsi uğurla yekunlaşarsa, bu yol ölkənin dörd tərəfinə çəkiləcək. 10 km uzunluğunda olan elektirkli yolun nə vaxt istifadəyə veriləcəyi açıqlanmır.
Rüfət Xəlil / Redaktor.az