Hər gecə birlikdə yatdığı pitonu yemək yeməyi kəsdikdə...

 05:31 12.05.2019     2733

Evcil heyvanlarımız ailəmizin üzvü halına gəlirlər. Amma bəzi heyvanlar var ki, onları evlərə salmaq çox təhlükəlidir.

Redaktor.az
xəbər verir ki, hər gecə evində bəslədiyi pitonu ilə yatan qadın daha sonra öyrəndiyi həqiqətlə böyük şok yaşayıb.

İlan sanki hər gecə qadını qucaqlayır və bütün bədənini əhatəliyirdi. Pitonun birdən yemək yeməyi kəsdiyini görən qadın narahat olub və ilanını baytara aparıb.

Baytar qadının hər gecə ilanla yatdığını öyrəndikdə şok olub. Qadın ilanın hər gecə onu qucaqladığını dedikdə isə baytar həqiqəti açıqlayıb. O, ilanın əslində qadını qucaqlamadığını, sadəcə bir sonrakı ovunu necə yeyəcəyini fikirləşdiyini deyib.

Pitonun yemək yeməyi buraxmasının səbəbi də böyük bir ov üçün mədəsini boş buraxması imiş. Piton əslində yavaş-yavaş qadını yeməyə hazırlaşırmış.(metbuat)