Məscidə gələn molla İNANILMAZ mənzərə ilə qarşılaşdı - FOTOLAR

 16:26 14.05.2019     1822

Türkiyənin Adana şəhərində yerləşən məscidlərdən birinin nəzdindəki mədrəsədə oğurluq hadisəsi baş verib.

Redaktor.az İxlas xəbər agentliyinə istinadən xəbər verir ki, soyğunçular nəzir qutusundakı pulları oğurlayıb. Üstəlik onlar mədrəsənin yeməkxanasındakı yeməkləri də yeyib. Əraziyə gələn məscidin mollası gördüyü mənzərə qarşısında dəhşətə gəlib.

Məlum olub ki, soyğunçular tikilinin şüşəsini sındıraraq, içəri daxil olublar. Onların tapılması üçün axtarışlar davam edir. Soyğunçuların ələ keçirdiyi pulların miqdarı dəqiqləşdirilir.

Anar Türkeş / Redaktor.az

 

2222