Gəlin qaynanasından belə İNTİQAM ALDI - Dəhşətli PLAN

 08:17 15.05.2019     700

Reddit sosial şəbəkəsinin amerikalı istifadəçisi qaynanasından yaxa qurtarmaq üçün maraqlı üsula əl atıb.

Redaktor.az Rusiya mediasına istinadən xəbər verir ki, adını naməlum saxlayan istifadəçi çinli qaynanasını öz evindən uzaqlaşdırmaq üçün tarantula hörümçəyindən istifadə edib.

Şəbəkənin məşhur "AmItheAsshole" qrupunun üzvü olan orta yaşlı amerikalı öz hərəkətinə belə izah verib:

"Hər gün qaynanamın bizə gəlməyindən usanmışdım. Onun deyinməyi və hər şeyə müdaxilə etməsi dözülməz idi. Onu hansısa bir yolla evdən uzaqlaşdırmalı idim. Yaxşı ki, hörümçəklərə qarşı fobiyası olduğunu öyrəndim. Əməlimdən peşman deyiləm. Sizə də məsləhət görərdim".

Rüfət Xəlil / Redaktor.az