Kanalizasiya borusundan SƏS GƏLDİ: Qazdıqlarında isə... - FOTOLAR

 16:49 15.05.2019     1880

Tailandda sakinlər qəribə hadisə ilə üzləşib.

Redaktor.az xarici KİV-lərə istinadən xəbər verir ki, kanalizasiya borusundan səs eşidən sakinlər, bunun səbəbini aydınlaşdırmaq üçün əraziyə baxış keçirib. Onlar gördükləri mənzərə qarşısında dəhşətə gəlib. Sakinlər borunun içində nəhəng ilanın olduğunu müşahidə ediblər.

Sürünənin borudan çıxarılması üçün bu sahə üzrə xüsusi dəstə cəlb olunub. Onların səyi nəticəsində bir neçə saatdan sonra ilan borudan çıxarılaraq, zooparka təhvil verilib.

Anar Türkeş / Redaktor.az