Qız roluna girib yüzlərlə oğlanı GÖRÜN NECƏ ALDATDI - FOTOLAR

 17:46 16.05.2019     2939

İngiltərədə qəribə hadisə baş verib.

Redaktor.az xarici KİV-lərə istinadən xəbər verir ki, 20 yaşlı oğlan “Snapchat”ın xüsusi özəlliyi sayəsində öz fotosunu qız fotosuna çevirib. Ardınca o şəkli pofilində paylaşıb. Tələbə gəncin sözlərinə görə, həmin hadisədən sonra ona yüzlərlə mesaj gəlib.

Sosial media istifadəçiləri ona eşq elan edib. Fotonun dəyişilməsinin böyük rezonans doğurduğunu görən gənc bəzi oğlanlara cavab yazaraq, onlarla söhbətləşib. O, oğlanları qız olmadığına inandıra bilməyib.

Yalnız videogörüntü sayəsində buna nail olub. Qeyd edək ki, “Snapchat”da olan xüsusi özəllik sayəsində fotolar dəyişdirilə, hətta əks cinsin oxşarı yaradıla bilər.

Anar Türkeş / Redaktor.az

 

Vumart və Güvən reklamı Vumart Güvən