600 illik sirr açıldı: Hamiləlik, qadınlar, pis qüvvə...- FOTOLAR

 11:20 18.05.2019     1589

1912-ci ildə kitab ticarətçisi tərəfindən tapılan Voyniç əlyazmasının 15-ci əsrə aid olduğu təsdiqini tapıb.

Redaktor.az xarici KİV-lərə istinadən xəbər verir ki, uzun araşdırmalardan sonra əlyazmanın sirləri də açılıb. Onun 1404-1438-ci ildə hazırda “ölü dil” kimi qəbul edilən “Proto Latin” dilində yazıldığı güman edilir. Əsərdə cinsi, qadınların düşüncə tərzi, hamilələlik, pis qüvvələrdən müdafiə olunmaq kimi mövzularından bəhs edilir.

Əlyazmada Tirren dənizindəki adada baş verən vulkan püskürməsindən sonra həyata keçirilən xilasetmə əməliyyatları da təsvir olunub. Ümumiyyətlə, əsər o dövrün inanclarının təsiri ilə yazılıb.

Qeyd edək ki, “Proto Latin” dili Portuqal, İspan, Fransız və Katalan dilinin “anası” adlandırılır.

Anar Türkeş / Redaktor.az

2222222