Bu məşhur 400 tələbəni sevindirdi - Bütün təhsil borclarını ödəyəcək / FOTO

 17:52 20.05.2019     873

Amerikalı milyarder Robert Smit xeyirxah təşəbbüslə çıxış edib.

Redaktor.az xarici KİV-lərə istinadən xəbər verir ki, o,Morehouse”universitetinin builki məzunlarının bütün təhsil borclarını ödəyəcəyini bildirib. Universitet tərəfindən fəxri ada layiq görülən iş adamının sözlərinə görə, onun ailə üzvləri də buna qədər oxşar addımlar atıb. Məlumata görə, ötən gündən başlayaraq universitet rəhbərliyi məzunların təhsil xərclərini hesablayır.

400-dən çox tələbənin ümumi borcunun 40 milyon dollar civarında olduğu ehtimal edilir. Bundan əlavə, Smit təhsil ocağına əlavə 1,5 milyon dollar bağışlayacaq. Qeyd edək ki, Corciya ştatında yerləşən “Morehouse” universitetinin bir sıra məşhur məzunları olub. Onların arasında insan hüquqları müdafiəçisi Martin Lüter Kinq də var. Bu təhsil ocağına əsasən afroamerikalılar müraciət edir.

Anar Türkeş / Redaktor.az