2 amerikalı gizlicə Çernobıla girdi: Nəticədə isə... - FOTOLAR

 13:54 21.05.2019     541

Ukrayna polisi Çernobıl nüvə stansiyasının yerləşdiyi qəsəbəyə icazəsiz girən 2 amerikalını nəzarətə götürüb.

Redaktor.az İxlas xəbər agentliyinə istinadən xəbər verir ki, saxlanılanlardan biri 21 yaşlı xanımdır. Onların ABŞ-ın San-Dieqo şəhərindən Ukraynaya gəldiyi bildirilir. Şübhəlilər həbsxanaya yerləşdirilib. Onların hansı səbəbdən qəsəbəyə daxil olduğu məlum deyil.

Məsələ ilə bağlı ABŞ-ın müvafiq qurumlarına məlumat verilib.

Qeyd edək ki, 1986-cı ildə test zamanı Çernobıl nüvə stansiyasında güclü partlayış baş verib. Nəticədə 7 min nəfər həyatını itirib. Bu hadisə tarixə dünyanın ən böyük nüvə fəlakəti kimi düşüb. Həmin hadisədən sonra bölgəyə bütün girişlər dayandırılıb.

Anar Türkeş / Redaktor.az