Avropanın ən gözəl məkanları müəyyən edildi

 05:38 22.05.2019     551

Avropada səyahət üçün ən yaxşı məkanların siyahısı hazırlanıb.

Redaktor.az Lenta.ru-ya istinadən xəbər verir ki, bu siyahını Avstraliyanın "Lonely Planet" nəşri tərtib edib.

Siyahıda gözəlliyinə görə, 1-ci yerə Slovakiya və Polşa sərhədində Karpat massivində yerləşən, yüksək dağlıq ərazi olan Tatra layiq görülüb.

İkinci yerı İspaniyanın Madrid şəhəri tutub.

Üçüncü pillədə 900 kilometr ərazini əhatə edən İslandiya sahilləri qərarlaşıb.

Bu şəhərlərdən başqa siyahıya İtaliyanın Bari, İsveçrə Vevesi və Xorvatiyanın İstriya yarımadasıda daxil edilib.

Rüfət Xəlil / Redaktor.az