Yer kürəsi təhlükədə! - Atmosferi ən çox bu ölkə çirkləndirir

 09:09 23.05.2019     677

Çin sənaye şirkətlərinin atmosferi hamıdan çox çirkləndirdiyi məlum olub.

Redaktor.az RİA-ya istinadən xəbər verir ki, bu barədə "Nature" nəşri məqalə hazırlayıb.

Məqalədə qeyd olunur ki, Çin sənaye şirkətlərinin böyük əksəriyyəti Monreal protokoluna əməl etməyərək, atmosferə ən təhlükəli freon-11 qazını axıdır. Bu təhlükəli qaz Ozon dəliyinin təkrarən genişlənməsinə yol aça bilər. Təkcə ötən il Çin şirkətləri 7 min ton freon-11 qazını havaya buraxıblar. Ekspertlər atmosferin çirkləndirilməsində Çin şirkətlərinini payının 60 % olduğunu qeyd ediblər.

Rüfət Xəlil / Redaktor.az