45 il günahsız yerə həbs həyatı yaşadı: Azadlığa çıxanda isə...

 13:36 23.05.2019     751

ABŞ-da 45 il günahı olmadan həbs həyatı yaşayan Riçard Filips adlı şəxsə 1,5 milyon dollar təzminat ödənəcək.

Redaktor.az Anadolu agentliyinə istindən xəbər verir ki, o, 1971-ci ildə 27 yaşında olarkən qətl və soyğun hadisələrinə görə ittiham edilərək, həbs edilmişdi. Amerikalının qətl hadisəsində iştirak etmədiyi sübut olunsa da, soyğunçuluq olayı ilə bağlı hələlik dəlil tapılmayıb.

Qeyd edək ki, Riçard şahidin yalan ifadəsi əsasında həbs olunmuşdu.

Anar Türkeş / Redaktor.az