"Facebook"da ŞOK RAZILAŞMA: 15 min bəyənmə qarşılığında... - FOTOLAR

 12:34 23.05.2019     642

ABŞ-ın Konnektikut ştatında polislə axtarışda olan şübhəli arasında diqqətçəkən razılıq əldə olunub.

Redaktor.az BBC-yə istinadən xəbər verir ki, Joze Sims adlı şübhəli "Facebook" vasitəsiylə asayiş keşikçiləri ilə ünsiyyət quraraq, təslim olması üçün şərt irəli sürüb. 29 yaşlı şəxs bildirib ki, onun “axtarılır” elanı "Facebook"da 20 min bəyənmə toplayarsa, könüllü təslim olacaq. Lakin danışıqlardan sonra gənc, elanın 15 min nəfər tərəfindən bəyəniləcəyi təqdirdə təslim olacağına razılıq verib. Məsələ barədə “Guardian” qəzeti və “Associated Press” agentliyi "Facebook"  vasitəsiylə şübhəli ilə ünsiyyət qurub. O deyib:

“Təklifim ciddidir. Gizlənməkdən artıq yoruldum. Polislərə məni həbs edə bilmələri üçün stimul verdim”.

Qeyd edək ki, ictimai asayişi pozmaq, uşağın həyatını təhlükəyə atmaq və digər hadisələrdə şübhəli bilinən Simsin, Nyu-York şəhərində gizləndiyi ehtimal edilir.

Anar Türkeş / Redaktor.az