Yaşlı qadın evinə kamera YERLƏŞDİRDİ: Gözlərinə inanmadı - VİDEO

 15:53 24.05.2019     2164

Amerikalı Hannah Karver adlı yaşlı qadının evindən yeməklərin yoxa çıxması onu mənzilə gizli kamera yerləşdirməyə vadar edib.

Redaktor.az xarici KİV-lərə istinadən xəbər verir ki, analoji halın tez-tez təkrarlanması qadını həyəcanlandırıb. Lakin kameranın qeydlərini izləyən amerikalı, “yemək oğrusu”nu müəyyən edə bilib.

Sən demə, mətbəxdəki yeməkləri porsuq yeyirmiş. Lakin o, porsuğu zərərsizləşdirmək üçün tələ qurmayıb. Əksinə, porsuğun xoşladığı ərzaqları evin giriş qapısında qoyaraq, heyvanın daha rahat qidalanmasına şərait yaradıb.

Anar Türkeş / Redaktor.az