Bir anda havada göründü - Həyəcan içində izlədilər / VİDEO

 19:27 24.05.2019     800

Avstraliyanın Melburn şəhərində iyul ayında baş tutacaq hava şarı festivalının təqdimat mərasimi keçirilib.

Redaktor.az xarici KİV-lərə istinadən xəbər verir ki, təqdimat mərasimində hollandiyalı rəssam Vinsent van Qoqun “quş baxışı” təsəvvürünü yaradan hava şarı uçurulub. Bir anda səmada görünən qəribə formalı hava şarı yerli sakinlər arasında əvvəlcə həyəcan yaratsa da, sonradan onlar məsələnin mahiyyətini başa düşüblər.

Pilotun sözlərinə görə, həmin hava şarının hazırlanması təqribən 280 min dollara başa gəlib. Onun üzərində iki “qulağın” olması diqqət çəkib.  Qeyd edək ki, Vinsent van Qoqun bir qulağı kəsilmişdi.

Anar Türkeş / Redaktor.az