ABŞ-dan yadplanetlilərlə bağlı SENSASİYALI AÇIQLAMA - Rəsmən təsdiq etdilər

 17:20 24.05.2019     1213

ABŞ-ın Müdafiə Nazirliyi naməlum uçan obyektlər barədə araşdırma aparıldığını rəsmən təsdiq edib.

Redaktor.az-ın məlumatına görə, bu barədə Pentaqonun mətbuat xidmətindən açıqlama verilib. Bildirilib ki, “İnkişaf etmiş Aviasiya və Kosmik Təhdidlərin müəyyənləşdirilməsi” proqramı davam etdirilir:

“Nazirliyimiz, fəaliyyət sahəmizdəki bütün obyektlərin və onların təhdid səviyyələrinin müəyyən edilməsi üçün fəaliyyətini davam etdirir”.

Qeyd edək ki, “İnkişaf etmiş Aviasiya və Kosmik Təhdidlərin müəyyənləşdirilməsi” proqramının 2012-ci ildə dayandırıldığı güman edilirdi.

Anar Türkeş / Redaktor.az