Dənizdə GÖRÜLMƏMİŞ hadisə: Sahili bürüyən köpüyün qəribə SƏBƏBİ - FOTOLAR

 14:22 27.05.2019     1023

Türkiyənin Mersin vilayəti sahillərində nadir rast gəlinən təbiət hadisəsi baş verib.

Redaktor.az yerli mənbələrə istinadən xəbər verir ki, Aralıq dənizi sahillərində suyun köpüklənməsi diqqət çəkib. Köpük olduqca böyük əraziyə yayılıb. Yerli sakinlər qəribə mənzərə qarşısında təəccübünü gizlədə bilməyib. Məsələ ilə bağlı açıqlama verən mütəxəssislər bildirib ki, təbiət hadisəsinin heç bir təhlükəsi yoxdur.

Araşdırmalar nəticəsində köpüyün tərkibində təhlükəli maddəyə rast gəlinməyib. Bildirilir ki, köpüyün əmələ gəlməsinə dənizdəki bitkilər və heyvan orqanizmləri səbəb olub.

Anar Türkeş / Redaktor.az