Tapdığı əşyanı FEYSBUKDA paylaşdı - İndi hamı onu axtarır / FOTOLAR

 15:56 27.05.2019     1360

Türkiyənin Adıyaman vilayətində 38 yaşlı Turan Cingöz adlı çoban təsadüfən tarixi tapıntını üzə çıxarıb.

Redaktor.az yerli mənbələrə istinadən xəbər verir ki, o, heyvan otaran zamanı qəribə görünüşə malik qalıqlar tapıb. Tapıntının tarixindən xəbərsiz olan çoban, onların fotolarını sosial şəbəkədə paylaşıb.

Fotolar tarixçilərin diqqətini cəlb edib. Araşdırmalar aparan tarixçilər, tapıntının 85 milyon il əvvələ aid olduğu qənaətinə gəlib. Məlum olub ki, qalıqlar dəniz kirpilərinə aiddir. Tapıntılar muzeyə təqdim edilib. Araşdırmalar davam edir.

Anar Türkeş / Redaktor.az

Vumart və Güvən reklamı Vumart Güvən