YUXUDAKI SƏS ondan həyətini qazmasını istədi - Xəzinənin bir addımlığında... / VİDEO

 11:14 29.05.2019     2847

Türkiyədə qəribə hadisə baş verib.

Redaktor.az İxlas xəbər agentliyinə istinadən məlumat verir ki, 50 yaşlı Selcan Ekim adlı qadın yuxuda xəzinə görüb. Yaxınlarının məsləhəti ilə yuxusunu falçıya danışan qadın, ondan bəzi məsləhətlər alıb.

Falçı 800 lirə qarşılığında qadına xəzinənin yeri barədə istiqamətlər verib. Türkiyəli iddia edib ki, xəzinə qadının bağındadır.

Falçının dediklərindən həyacanlanan qadın, müvafiq qurumlardan icazə alaraq həyətində qazıntı işlərinə başlayıb. Nəticəsi isə hamını məyus edib. Həyətdə xəzinəyə rast gəlinməyib.

Anar Türkeş / Redaktor.az