Balıqçıların toruna düşdü - Nə olduğuna İNANMAYACAQSINIZ / Fotolar

 22:13 27.05.2019     2514

Türkiyənin Rizə şəhərində balıqçıların toruna çox nadir balıq düşüb.

Redaktor.az Türkiyə mediasına istinadən xəbər verir ki, Qara dəniz sularında balıq ovuna çıxan Şeref Kösə adlı balıqçı əcaib görünüşlü dəniz canlısı tutub.

53 santimetr uzunluğu və 4 kiloqram çəkisi olan bədheybət balıq tutan Kösə, hadisədən dərhal sonra Sahil Təhlükəsizlik xidmətinə məlumat verib. Jurnalistlərə müsahibə verən balıqçı qəribə görünüşlü balıqla ilk dəfə rastlaşdığını qeyd edib.

Hadisəni araşdıran Sahil Təhlükəsizlik xidmətinin əməkdaşları tutulan canlının Qara dəniz sularına yad olan Fənər balığı olduğu qənaətinə gəlib. Balığın soyuq Qara dənizə necə düşdüyü araşdırırlır.

Rüfət Xəlil / Redaktor.az

22