RUHU lentə almaq üçün gizli kamera quraşdırdı - Görüntüləri izləyəndə İNANMADI / FOTOLAR

 09:56 28.05.2019     2191

Stiven Makkers adlı amerikalı usta fəaliyyət göstərdiyi kiçik iş yerində qəribə hadisə ilə üzləşib.

Redaktor.az xarici KİV-lərə istinadən xəbər verir ki, 72 yaşlı usta hər gün iş ləvazimatlarının yerinin dəyişildiyini müşahidə edib. O, bunun səbəbini müəyyən etmək üçün gecə saatlarında bir neçə dəfə əraziyə baş çəksə də, qəribə heç nə müşahidə etməyib.

İş yerində alətlərin yerini dəyişməsi ustanı həyacanlandırıb. O, qəti şəkildə iş yerində ruhların gəzdiyini irəli sürüb. Usta hadisənin dəqiq səbəblərini üzə çıxarmaq üçün iş yerinə gizli kamera yerləşdirib. Üzləşdiyi mənzərə onun özünü də təəccübləndirib.

Sən demə, iş alətlərinin yerini iri siçan dəyişib.

Anar Türkeş / Redaktor.az