Dünyanın ən bahalı qəhvəsi — Heyvan nəcisindən alınır / VİDEO

 17:54 28.05.2019     542

ABŞ-ın San-Fransisko şəhərində dünyanın ən bahalı qəhvəsi satılır.

Redaktor.az ölkə.az-a istinadən xəbər verir ki, “Elida Geisha 803” adlı qəhvənin bir fincanı 75 dollardır. Polad qabda saxlanılan qəhvə pişiyə bənzər bir məməli heyvana yedizdirilir və onun nəcisindən alınır.

Panamada hazırlanan bu qəhvə dünya üzrə cəmi 45 kilo olur. Kafenin sahibi bildirib ki, bu günə qədər cəmi 20 fincan qəhvə sata bilib. Kafedə cəmi 4.5 kilo qəhvə varş Bundan isə 80 fincan qəhvə çıxır. Panamada hərracda satılan qəhvənin digər hissəsini Çin, Yaponiya və Tayvandan olan iş adamları alıb.