İşdən günorta yeməyi adıyla çıxdı - MİLYONÇU OLDU

 21:57 28.05.2019     2587

Amerika Birləşmiş Ştatlarının Şarlott şəhərində yaşayan Ceyms Beliç təsadüf nəticəsində milyonçu olub.

Redaktor.az Lenta.ru-ya istinadən xəbər verir ki, nahar fasiləsi zamanı 1 ədəd lotoreya bileti alan Beliçin bileti "Cek-pot"a düşüb. Amerikalı fasilə zamanı bileti yoxlayıb və 10 milyon dolları qazandığına əmin olub.

Jurnalistlərə müsahibə verən Beliç həyatında ilk dəfə lotoreya aldığını bildirib.

Rüfət Xəlil / Redaktor.az