Dünyanın danışdığı insan: 100 yaşlı qadın elə addım atdı ki... - FOTOLAR

 19:27 29.05.2019     923

Almaniyanın Kirhaymbolanden qəsəbəsinin 100 yaşlı sakini ilk dəfə siyasətlə məşğul olmağa qərar verib.

Redaktor.az yerli mənbələrə istinadən xəbər verir ki, Lizel Heys adlı qadın bölgədəki ümumi hovuzun təkrar açılması üçün belə addım atıb. Onun üzvü olduğu “hamımız Kirhaymbolanden üçün” siyasi hərəkatı yerli seçkilərdə qalib gəlib.

100 yaşlı qadın isə yerli bələdiyyənin mətbuat katibi vəzifəsini üzərinə götürüb.

Anar Türkeş / Redaktor.az