Toy günü atası ÖLDÜ - Ailəsi xəbəri...

 20:46 29.05.2019     2632

Hindistanın Kerala ştatında ürəkdağlayan hadisə yaşanıb.

Redaktor.az Lenta.ru-ya istinadən xəbər verir ki, 55 yaşı P.Vişnuprasad adlı şəxs qızının toy günü vəfat edib. Hadisə atanın qonaqlar qarşısında çıxış edən zaman baş verib.

Vişnuprasad qızı Arçi haqda xatirələrini qonaqlarla bölüşən zaman qəflətən halı pisləşıb. Xəstəxanaya çatdırılan ata orada dünyasını dəyişib.

Lakin yaxın qohumlar gənc qızın xoş gününü üzücü xəbərlə korlamayıblar. Arciyə atasının xəstəxanada olduğunu deyiblər. Arçi yalnız toydan bir neçə gün sonra atasının öldüyünü bilib.

Rüfət Xəlil / Redaktor.az