Qadın bir anda QIŞQIRMAĞA BAŞLADI - Avtomobilin içində baş verənlər... / FOTOLAR

 21:26 29.05.2019     1295

ABŞ-ın Nevada ştatında qeyri-adi hadisə yaşanıb.

Redaktor.az Lenta.ru-ya istinadən xəbər verir ki, gənc hamilə qadın Rudi Neypir xəstəxanaya gedən zaman yolda uşaq dünyaya gətirməyə məcbur olub. Qadının doğuşunu həyat yoldaşı Mayk Entoni Adisson qəbul edib.

Bütün bu olanlar avtomobilin arxa oturacaqında, ailənin üç azyaşlı uşağının gözü önündə baş verib. Cütlüyün böyük oğlu Ceydon doğum anını öz mobil telefonu vasitəsilə lentə alıb.

Həkimlər doğuşdan sonra xəstəxanaya çatdırılan körpənin vəziyyətinin yaxşı olduğunu bildiriblər.

Rüfət Xəlil / Redaktor.az 

22