Ramzan Kadırovun oğlu türk serialına çəkilir

 16:36 30.05.2019     408

Çeçenistan rəhbəri Ramzan Kadırovun oğlu türk serialına çəkilir.

Redaktor.az-ın trend.az-a istinadən verdiyi məlumata görə, 11 yaşlı Adam "Diriliş Ərtoğrul" serialının çəkilişlərində iştirak edib.

Adamın dayısı Şalin rayonunun administrasiya rəhbəri Turpal Əli İbrahimov deyib ki, bu serial Çeçenistanda yüksək populyarlığı ilə seçilir.

Serial müsəlman türklərinin tarixindən bəhs edir. Ekran işində hadisələr 13-cü əsrdə cərəyan edir. Osmanlı imperiyasının banisi I Osmanın atası Ərtoğrul bəyin həyatı serialda geniş şəkildə işıqlandırıb.