İnternetdə tanış olduğu "kişi" qadının başına oyun açdı - FOTO

 20:54 01.06.2019     1133

Qız keçmiş sevgilisinin yeni sevgilisindən qeyri-adi formada intiqam alıb.

Redaktor.az
  milli.az-a istinadla xəbər verir ki, 26 yaşlı Blerina Dobla onu atıb, başqasıyla sevgili olan oğlanın heyfini onun yeni sevgilisindən çıxıb.

Belə ki, özünə saxta hesab açan Blerina Dobla özünü kişi kimi təqdim edərək qızın çılpaq şəkil və videolarını alıb.

O, daha sonra əldə etdiyi videoları sosial şəbəkələrdə yayıb. Videosunu internetdə görən qız şoka düşüb. O, məhkəməyə müraciət etdikdə onun videolarını yayan şəxsin qadın olduğunu öyrənib.

Londonun cənub-qərbindəki "Richmond-on-Thames"da, 1.2 milyon fund-sterlinqlik villada yaşayan Blerina Dobla polis tərəfindən saxlanılıb.