Polis dronla çəkiliş edərkən ŞOK MƏNZƏRƏ ilə qarşılaşdı - FOTOLAR
Türkiyənin Elazığ vilayətində polis dronla patrul xidməti həyata keçirərkən şok mənzərə ilə qarşılaşıb.
Redaktor.az yerli mənbələrə istinadən xəbər verir ki, polis ərazidə icazəsiz qazıntı işləri həyata keçirən şübhəli müəyyən edib. Üzərində dron uçduğunu görən şübhəlinin, uçuş aparatını daş-qalaq etməsi polisi hərəkətə keçirib.
Dərhal əraziyə cəlb edilən asayiş keşikçiləri, şübhəlini nəzarətə götürüb. Onun qızıl tapmaq üçün ərazidə axtarışlar apardığı məlum olub. Araşdırmalar davam edir.
Anar Türkeş / Redaktor.az














