Tükürpədən hadisə - Türkiyədə yüzlərlə məzar açıldı / VİDEO

 12:40 04.06.2019     1089

İstanbulun Arnavutköy məhəlləsində yerləşən tarixi məzarlar kütləvi şəkildə açılır.

Redaktor.az DHA agentliyinə istinadən xəbər verir ki, rəvayətlərə görə tarixi 100-150 il əvvələ aid məzarlarda xəzinənin olduğuna dair iddialar yayılıb. Bundan sonra naməlum şəxslər məzarları kütləvi şəkildə açmağa başlayıb.

Yerli sakinlərin məlumatına görə, şübhəlilər məzarları gecə açdığından onların kimliyini müəyyən etmək mümkün olmayıb. Üstəlik onlar məzarları açıq saxlayıb. Məzar daşları sındırılıb. Qalıqlar ətrafa səpələnib.

Hadisə barədə polisə məlumat verilib. Qeyd edək ki, yerli sakinlər arasında vaxtilə ölən şəxslərin sərvətləri ilə birgə dəfn edildiyinə dair iddialar səslənir. Lakin indiyə qədər məzarlarda zinət əşyalarına rast gəlinmədiyi deyilir.

Anar Türkeş / Redaktor.az

 

Vumart və Güvən reklamı Vumart Güvən