Gizlicə qonşuya getdi - GÖRÜN BAŞINA NƏ GƏLDİ

 21:53 04.06.2019     1166

Kolumbiyanın La Virqiniya şəhərində kuryoz hadisə baş verib.

Redaktor.az "Newsyou" agentliyinə istinadən xəbər verir ki, adı açıqlanmayan qadının başı qonşusunun dəmir pəncərə qoruyucusunun arasında qalıb.

Hadisə şahidlərinin sözlərinə görə, orta yaşlı qadın qonşuların evini güdən zaman ehtiyatsızlıq edərək başını dəmir barmaqlıqlara salıb. Barmaqlıqlarda ilişib qalan qadın 5 saat kömək gözləmək məcburiyyətində qalıb. Yalnız təhlükəsizlik xidməti əməkdaşlarının müdaxiləsindən sonra qapı pusan qadını xilas etmək mümkün olub.

Rüfət Xəlil / Redaktor.az

Vumart və Güvən reklamı Vumart Güvən