Binanın 47-ci mərtəbəsindən düşdü - AMMA ÖLMƏDİ / FOTOLAR

 11:26 05.06.2019     870

ABŞ-ın Nyu-York şəhərində bir neçə il əvvəl 47-ci mərtəbədən düşərək, sağ qalan Alkides Morena adlı qaçqın barədə sənədli film çəkilib.

Redaktor.az xarici KİV-lərə istinadən xəbər verir ki, mühacir sənədli filmdə hadisə anından danışıb, həmin an keçirdiyi hisləri dilə gətirib:

“Allahın varlığının sübutunu istəyirsiniz? Bir insan 47-ci mərtəbədən düşdü. Amma ölmədi. Allah mənə yaşamaq üçün ikinci şansı verdi”

Qeyd edək ki, Morena və qardaşı göydələnin şüşələrini silərkən, onların olduğu kranın kəndiri qırılıb. Nəticədə onlar 150 metr yüksəklikdən yerə çırpılıb. Morenanın qardaşı həyatını itirsə də, özü ağır xəsarətlər alaraq, möcüzə nəticəsində sağ qalıb. Alkides Morena əslən ekvadorludur. O , ABŞ-a mühacirət edib.

Anar Türkeş / Redaktor.az

 

 

Vumart və Güvən reklamı Vumart Güvən