Bosniya və Herseqovinada kütləvi məzarlıq aşkarlandı
Bosniya və Herseqovinada 1992-1995-ci illərə aid kütləvi məzarlıq aşkarlanıb.
Redaktor.az Axar.az-a istinadən xəbər verir ki, məzarın müharibə zamanı öldürülən mülki vətəndaşlara aid olduğu ehtimal edilir.
Qalıqların paytaxt Sarayevo yaxınlığında yerləşən İqman dağında aparılan qazıntı işləri nəticəsində üzə çıxdığı bildirilir.












