Metroda AKULA cəsədi aşkarlandı - FOTO
ABŞ-ın Nyu-York şəhərində metro stansiyasında qəribə olay yaşanıb.
Redaktor.az Lenta.ru-ya istinadən xəbər verir ki, 24 yaşlı yerli sakin Maks Roder metro stansiyasında ölmüş akula cəsədi aşkarlayıb.
Akulanın Aşağı İst-Sayt stansiyasına necə düşdüyü hələ ki məlum deyil.
Rüfət Xəlil / Redaktor.az












