Evləndikdən sonra zəngin olan insanlar - FOTOLAR
Yəqin ki, evləndikdən sonra varlanan, şan-şöhrət sahib olan kasıb insanlar haqqında eşitmisiniz.
Redaktor.az Metbuat.az-a istinadən bu xəbərində məşhurlarla boşanarkən onlardan külli miqdarda təzminat alan 5 insanı təqdim edir:
1. Bir məşhur simalarla evlənən Oskasa Qriqoriyeva Mel Gibsondan noşanarkən ondan 15 milyon dollar təzminat alıb.

2. Emi İrvinq Stiv Spilberqdən boşanarkən ondan 100 milyon dollar alıb.

3. Alfonso Diez və Cayetana Fitz-James Stuart cütlüyünü görənlər “məhəbbətin gözü kordur” deyirdilər. Elə bu səbəbdən də Alfonsonun 85 yaşlı Cayetana Fitz-James Stuartla evlənməsini, onun 4.7 milyardlıq sərvətini ələ keçirmək üçün etdiyini söyləyirdilər. Bu xəbərlərin yayılmasından sonra Cayetana Fitz-James Stuart bütün sərvətini xeyriyyə qruluşlarına verdi. Lakin Alfonso hələ də aristokrat həyatı yaşayır.

4. Courtney Stodden 16 yaşında olarkən 51 yaşlı milyonçu Doug Hutchinson ilə evləndi. Sonra boşansalar da Stodden artıq məşhurluğun zirvəsində idi.

5. Anna Nicole Smith 24 yaşında olarkən məşhur neft şirkətinin sahibi J. Howard Marshall 90 yaşında idi. Təbii ki, yaşlı neft maqnatı çox yaşamadı. Doğrudur, ailəsi Annaya 800 milyonluq sərvətin hamısını vermədi. Lakin ona sərvətdən xeyli hissə çatdı. Anna isə 39 yaşında yüksək dozada narkotik qəbul etdiyi üçün vəfat etdi.













